

Easy Business ilə ticarət nöqtənizi gücləndirin
Easy Business — distribütorlar və ticarət nöqtələri üçün yaradılmış müasir rəqəmsal platformadır. Sistem satış, sifariş, kampaniya və hesabat proseslərini easy, sürətli və şəffaf şəkildə idarə etməyə imkan verir. Easy Business ilə biznesinizin bütün əməliyyatlarını bir platformada izləyin və inkişaf etdirin.


Distribütor şirkətləri üçün imkanlar

Qarşılıqlı, sürətli və easy əlaqə
Qarşılıqlı, sürətli və easy əlaqə Platformamız istifadəçilərə anında, qarşılıqlı və problemsiz əlaqə qurmağa imkan verir.
Borc üzləşməsini asanlıqla göndərin
Müştərilərlə borc üzləşməsini ticarət nöqtəsinə getmədən ofisdən icra edin. Kağız və yanacaq istifadəsini azaldaraq həm maddi qənaət, həmdə ekologiyanın qorunmasına dəstək olun.
Kampaniyalarda anında məlumatlı olun və hədiyyə qazanmaq imkanı əldə edin
Distribütorların kampaniya elanları haqqında elektron bildiriş alaraq məlumatlı olun və məhsulları endirimli qiymətlə əldə etmə imkanı yaranan ilk müştərilərdən olun.
Müştərilərinizlə əlaqə qurun və onlara xüsusi təkliflər edin
Kampaniyalar yaradın, endirimlər təklif edin və sadiq müştəri bazası qurun.
Distribütorlar üçün fərqli ödəniş sistemləri ilə işləyinSoon
Distribütor ödənişlərini Visa, Mastercard və digər üsullarla təhlükəsiz şəkildə idarə edin.

Dövriyyənizi analiz edin və planlı hərəkət edin
Distribütorla sifariş və ödəniş tarixçənizi, həmçinin məhsul bazında statistik məlumatlar əldə edin, analiz edin və sifariş və satışınızı planlayın.
Easy Business ilə biznesiniz daha asan!
JSM Solutions — texnologiya və idarəetmənin qovşağında yaranmış, innovativ həllər təqdim edən müasir şirkətdir. Komandamız proqram təminatı, audit, risk idarəetməsi və biznes proseslərinin optimizasiyası üzrə ixtisaslaşmış mütəxəssislərdən ibarətdir.
Məqsədimiz — müəssisələrə effektiv işləmək və idarəetməni gücləndirmək üçün dayanıqlı həllər təqdim etməkdir. Bu məqsədlə hazırlanmış Easy Business platforması kiçik və orta sahibkarların gündəlik əməliyyatlarını sadələşdirir və resurslara qənaət imkanı yaradır.
Başla
Distribütor üçün müraciət
Aşağıdakı formu doldurun; sorğunuz yaradılacaq və e-poçtunuza təsdiq mesajı göndəriləcək.

Easy Business necə işləyir?





Partnyorluq Üstünlükləri
Üzləşmələrin Asanlaşdırılması
Rəqəmsal platforma ilə üzləşmə proseslərinin avtomatlaşdırılması.
Yeni Məlumatlar və Yeniliklər
Platforma yenilikləri və məhsul yeniləmələri barədə məlumatlandırılma.
Kampaniya və Endirimlər
Kampaniyalar, endirimlər və xüsusi təkliflərə çıxış imkanı
Müştəri Borcu və Kredit Limiti
Hər bir müştəri üçün fərdi borc balansı və kredit limitinin real vaxtda izlənməsi
Borcların Göstərilməsi
Gələcək ödənişlərin və borc balanslarının proqnozlaşdırılması və planlaşdırılması
Canlı Dəstək Xidməti
24/7 canlı dəstək və texniki yardım xidməti ilə istənilən vaxt kömək alın
Tez-tez soruşulan suallar
Suallarınızın cavabını tapa bilmədinizsə, dəstək komandamızla əlaqə saxlayın.
