Haqqımızda
Easy Business platforması JSM Solutions MMC tərəfindən hazırlanıb. Biz müasir texnologiyalar əsasında bizneslərin rəqəmsal transformasiyasını sürətləndirən həllər yaradırıq.
JSM Solutions MMC
JSM Solutions MMC proqram təminatı, sistem inteqrasiyası və biznes proseslərinin avtomatlaşdırılması üzrə ixtisaslaşmış texnologiya şirkətidir. Komandamız korporativ müştərilər üçün sabit, təhlükəsiz və miqyaslana bilən məhsullar qurur.
ERP sistemlərinin hazırlanması
Biz ERP həllərinin layihələndirilməsi və hazırlanması sahəsində təcrübəyə malikik. Satış, anbar, maliyyə, müqavilə, dövriyyə və hesabat modullarını bir platformada birləşdirərək şirkətlərə əməliyyatlarını daha şəffaf və idarəolunan etməkdə kömək edirik.
Easy Business layihəsi
Easy Business ticarət nöqtələri ilə distribütorlar arasında rəqəmsal əlaqəni gücləndirmək üçün yaradılıb. Platforma üzərindən üzləşmə təsdiqləri, kampaniyalar, bildirişlər və əməliyyat tarixçəsi bir mərkəzdə idarə olunur. Məqsədimiz gündəlik iş proseslərini sadələşdirmək, sürətləndirmək və hər iki tərəf üçün effektiv "win-win" ekosistem formalaşdırmaqdır.
Karyera
Hazırda aktiv vakansiya yoxdur. Yeni vakansiyalar açıldıqda bu bölmədə paylaşılacaq.